"Cənubi Azərbyacan" məsələsi gündəmə gətirilməlidir!
https://azeri.sahartv.ir/news/azərbaycan-i391711-cənubi_azərbyacan_məsələsi_gündəmə_gətirilməlidir!
Hakimiyyəyt dairələrinə yaxın olan sionist Arye Qut tövsiyə edib ki, üzdəniraq "Cənubi Azərbaycan" məsələsi gündəmə gətirilməlidir!
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2022 10:49 Asia/Baku

Hakimiyyəyt dairələrinə yaxın olan sionist Arye Qut tövsiyə edib ki, üzdəniraq "Cənubi Azərbaycan" məsələsi gündəmə gətirilməlidir!

SəhərAzəri-nin məlumatına əsasən, "Həqiqət budur" YouTube kanalının məlumatına görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fərmanı ilə “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi”nin nümayəndə heyətinin sədri kimi işğal olunmuş Fələstində fəaliyyət göstərən Arye Qut Azərbaycan Respublikasının məşhur televiziya eksperti və əks-inqilabçı "Günaz TV" telekanalının verilişlərindən birinin aparıcısı olan Qulu Məhərrəmli ilə müsahibədə deyib: Məncə, "cənubi azərbaycanlılar məsələsi və Cənubi Azərbyacan məsələsi"ni qaldırmaq zəruridir və vaxtı gəlib çatıbdır.. İsraildə İranı çox dərindən öyrənirlər. Məsələn, İsraildə İran və Fars Körfəzi ölkələri barədə strateji araşdırma mərkəzi var. Mən o mərkəzin sədrini Azərbaycan Respublikasına da gətirmişdim. "Cənubi Azərbyacan məsələsi" daima qaldırılmalıdır!

Arye Qut həmçinin "İtoon TV" ilə müsahibədə deyib: Azərbaycan Respublikası hakimiyyəti sünni NATO-nun tərəfdarıdır, amma Azərbaycan Respublikası hakimiyyəti sünni NATO-nun tərəfdarı olduğunu rəsmi şəkildə bəyan etməyəcək. Bununla belə, Azərbaycanın xarici siyasəti, əslində bizə hansı tərəfdə durduğunu göstərir.