“Ya Hüseyn” radikal dini şüardırmı?
https://azeri.sahartv.ir/news/azərbaycan-i391795-ya_hüseyn_radikal_dini_şüardırmı
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binə sakininin öz evinin divarı üzərində “Ya Hüseyn” şüarı yazması və bu şuarın polis tərəfindən silinməsinə münasibət bildirib, “Ya Hüseyn” şüarını radikal dini şüar adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2022 09:01 Asia/Baku
  • “Ya Hüseyn” radikal dini şüardırmı?

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binə sakininin öz evinin divarı üzərində “Ya Hüseyn” şüarı yazması və bu şuarın polis tərəfindən silinməsinə münasibət bildirib, “Ya Hüseyn” şüarını radikal dini şüar adlandırıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya verdiyi açıqlamada tarix boyu azərbaycan insanının dilindən düşməyən “Ya Hüseyn” şüarını radikal dini şüar adlandırıb.

Nazirlik rəsmisi, ölkədə dini adət-ənənələr, inanclı insanların əqidələrinə hörmət və ehtiramın həyat tərzi olmasını bildirsə də, Azərbaycan insanının əsrlər boyu dilindən düşməyən və daha çox ikinci Qarabağ müharibəsində döyüşən igid əsgərlərin dilindən eşidilən “Ya Hüseyn” şüarını və bu şüarın plakatlarından istifadəni yolverilməz adlandırıb:

“Radikal dini şüarların təbliği, ictimai yerlərdə hansısa yazıların və dövlət bayrağından başqa digər bayraqların qaldırılması yolverilməzdir”, - deyə açıqlamada bildirilir.

Nurlan Əliyev “Ya Hüseyn” şüarına və onun yazısına qadağa qoyulduğunu bildirsə də eyni zamanda bu şüradan istifadə edən binəli qadına heç bir təzyiqin olmadığını iddia edib: “Xəzər rayonu Binə qəsəbəsində yaşayan qadının polis haqqında iddiaları əsassızdır, ona qarşı heç bir təzyiq edilməyib”,- DİN rəsmisi deyib.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Binədə öz evinin divarına “Ya Hüseyn” yazmış ailə barədə deyib: Həmin şəxslərlə polis tərəfindən müvafiq izahedici söhbətlər aparılmaqla islami tələblərin yerinə yetirilməsində dünyəvi dəyərlərə əməl edilməsi, qanun və qaydalara riayət edilməsi tövsiyə olunub. Polis tərəfindən qanun və qaydaları pozmayan şəxslərə qarşı hansısa hüquqi-profilaktik tədbir görülmür”.