Azərbaycan səfirliyinə hücum edənlər hardadı?
https://azeri.sahartv.ir/news/azərbaycan-i392035-azərbaycan_səfirliyinə_hücum_edənlər_hardadı
Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov APA-ya müsahibəsində Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücum edənlərin London polisi tərəfindən azadlığa buraxıldıqlarını istisna etməyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 10, 2022 07:24 Asia/Baku
  • Azərbaycan səfirliyinə hücum edənlər hardadı?

Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov APA-ya müsahibəsində Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücum edənlərin London polisi tərəfindən azadlığa buraxıldıqlarını istisna etməyib.

Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücum zamanı Bakıda məzuniyyətdə olmuş indi isə Londona qayıtmış səfir açıq şəkildə bildirib ki, Britaniya polisindən narazıdırlar və diplomatik missiyaların təhlükəsizliyi sahəsində Londonda boşluqlar var: “Bu narahatlığı istər Britaniya Xarici İşlər Nazirliyi, istərsə də London polisinə bildirmişik.”

Elin Süleymanov APA mxbirinin “Saxlanılan 8 nəfərin istintaqını izləyirsinizmi? Onların sərbəst buraxılma ehtimalı varmı?” sualını belə cavablandırıb:

- Ola bilər. Britaniya tərəfinin öz qanun-qaydaları var. Mən bunu dəqiq deyə bilmərəm. Britaniya polisi kimisə yalnız 24 saat ərzində saxlaya bilər. Bu da onlardan asılıdır.

Səfirin bu açıqlamasından belə aydın olur ki, Azərbaycan ərazisi sayılan Londondakı səfirliyi işğal edən terrorçular bəlkə də artıq azadlıqdadırlar və Azərbaycan tərəfi bununla bağlı hər hansı müqavimət göstərmək iqtidarında deyil.