Bakı: Naxçıvana alternativ marşrut İrandan olacaq
-
Cehyun Bayramov
Azərbaycan Respublikasının xarici işlər naziri Ermənistanla kommunikasiya marşrutunun yaradılması problemlərinə toxunaraq deyib: “Biz İran İslam Respublikası ilə əldə etdiyimiz razılaşmaya uyğun olaraq, Araz çayı üzərində ilk birgə körpü tikiləcək və Naxçıvana alternativ yol olacaq".
SəhərAzəri-nin məlumatına əsasən, "Anadolu" xəbər agentliyinin məlumatına görə, Türkiyə səfirlərinin 13-cü toplantısında iştirak etmək üçün Ankaraya gəlmiş Azərbaycan Respublikasının xarici işlər naziri Cehyun Bayramov jurnalistlərin suallarını cavablandırarkən, Naxçıvanla Azərbaycan Respublikası arasındakı əlaqə yoluna gəlincə deyib: "Üçtərəfli bəyannamədə yolların açılması və xüsusilə Azərbaycanın qərb vilayətləri ilə Naxçıvanı birləşdirən yolun açılması ilə bağlı maddələr yer alıb və Ermənistan heç bir maneə olmadan bu marşruta icazə verməlidir".
Bayramov əlavə edib: "Amma bir il yarımın keçməsinə baxmayaraq, bununla bağlı heç bir nəticə yoxdur və Ermənistan müxtəlif bəhanələrlə bu məsələni ləngitməyə çalışır".
Azərbaycanın xarici işlər naziri ölkəsinin danışıqlarla paralel hərəkətlərinə toxunaraq, deyib: "Azərbaycan İranla əldə olunmuş razılaşmaya uyğun olaraq, Araz çayı üzərində ilk körpünün tikintisinə başlayıb. Belə olan halda Azərbaycanın Ermənistandan keçmədən, Araz çayını keçərək İran üzərindən Naxçıvana çatmaq üçün bir alternativi var".
Ceyhun Bayramov, həmçinin Bakı ilə İrəvan arasındakı münasibətlər və ötən həftə iki ölkə hərbçiləri arasında yaranmış gərginliklə bağlı deyib: "Bunun əsas səbəbi Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir, Bundan başqa, konkret olaraq, erməni silahlı ünsürləri Qarabağ bölgəsindən çıxarılmalı idi, lakin Ermənistan hələ də hərbi birləşmələrini Qarabağ bölgəsindən çıxarmayıb".