İrəvan Azərbaycanın təhdidlərinə məhəl qoynur
Ermənistan rəsmiləri Bakıdan icazəsiz Xankəndində peyda olublar
Ermənistan Təhlükəsizlik Şurasının katibi və deputatları təzə Laçın yoluyla Xankəndindəki "bayram"a qatılmışlar.
SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Ermənstan parlamaentinin bir qrup hakimiyyətyönlü və müxalif deputatı dünən - sentyabrın 2-də Azərbaycan Respublikasının yenicə tikdiyi alternativ Laçın yolu vasitəsilə Rusiya "sülhməramlı"larının nəzarətində olan Azərbaycan ərazisinə növbəti icazəsiz və qanunsuz səfər ediblər.
Ermənistan mətbuatı xəbər verir ki, onların səfərdən məqsədi Azərbaycan ərazisində separatçı rejimin qurulmasının 31-ci ildönümü ilə bağlı tədbirlərə qatılmaq olub.
Qeyd edək ki, dünən Xankəndində "Daşnaksütyun"un təşkilatçılığıyla Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə izdihamlı yürüş və mtinq keçirilib..