Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
Sen 04, 2022 08:12 Asia/Baku
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, bu ölkə ordusunun Kəlbəcər və Laçın istiqamətində mövqeləri atəşə tutulub
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet saytında yayılan məlumatda deyilir:“Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.”
Məlumatda Azərbaycan Respublikası ordusunun texniki və heyət itkisinin olmadığı bildirilir.
Teqlər