General Bəkir Orucov "Tərtər işi" ilə bağlı həbs edilibmiş
General Bəkir Orucovun ittiham olunduğu maddələr məlum olub. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğun mətuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, "Tərtər işi" ilə bağlı cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Orucov Bəkir Şirin oğlu saxılanılıb.
Bəkir Orucov Cinayət Məcəlləsinə görə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma, qanunsuz azadlıqdan məhrum etmə, işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza, vəzifə səlahiyyətlərini aşma ittihamları ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, beləliklə "Tərtər işi" ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən şəxslərin sayı 17-yə çatıb. Həmin məlumatda "Tərtər işi" ilə bağlı indiyədək 405 zərərçəkmiş şəxsin müəyyən edildiyi bildirilib.