Yeni məktəbli formaları ilə bağlı narazılıqlar artıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i392877-yeni_məktəbli_formaları_ilə_bağlı_narazılıqlar_artıb
Azərbaycan Respublikasında Yeni məktəbli formalarının istehsalına gec başlandığı üçün tədris ilinin başlanmasına qədər geyimlərin çatdırmaqda çətinliklər yaranıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Sen 06, 2022 12:46 Asia/Baku
  • Yeni məktəbli formaları ilə bağlı narazılıqlar artıb

Azərbaycan Respublikasında Yeni məktəbli formalarının istehsalına gec başlandığı üçün tədris ilinin başlanmasına qədər geyimlərin çatdırmaqda çətinliklər yaranıb.

Bakı Tikiş Evi bildirib ki, Bu il yuxarı siniflər üçün məktəbli formaları tikilməyəcək. Bu il Bakı Tikiş Evi yalnız ibtidai sinifləri təmin etmək gücündədir.

Öz övladlarına mətkəblər açılanadək məktəbli foması almaq istəyən valideynlərin çoxu formanın olmadığından narazıdırlar.

Hazırda Bakı Tikiş Evinin qarşısında və məktəbli forması satılan “Bravo” mağazalarının önündə uzun növbə yaranıb.

İş o yerə çatıb ki, deputat Fazil Mustafa valideynlərə müraciət edərək onları təmkinli olmağa və övladlarının formasız məktəbə daxil olmasına imkan verilməyəcəyi təqdirdə ona müraciət etməyə çağırıb. O həmçinin konstitusiyanın 42-ci maddəsini bir kağıza yazıb uşaqların çantasına qoymağı təklif edib ki, məktəbə buraxılmadıqda onu göstərsinlər.

Deputat təhsilin icbari olduğunu xatırladıb və deyib: “Bu o deməkdir ki, istənilən vətəndaş pulsuz orta təhsili dövlətin hesabına alır və dövlət bunu etməyə borcludur. Bu həm də o deməkdir ki, məktəblin işığından başlamış istiliyinə, təmizliyinə, oturacaq yerinin keyfiyyətinə, uşağın məktəbə nəqliyyat vasitəsi ilə çatdırılmasına, uşaqların təhlükəsizliyinə, məktəb hüdudlarında sağlamlığına, savadlı və əxlaqlı pedaqoqlarla, idarəçilərlə təmin olunmasına və ən əsası da dərslik, ləvazimat, məktəb hüdudlarında geyim formasına qədər təminat dövlət tərəfindən gerçəkləşdirilməlidir.

İctimayi etirazlardan sonra Elm və Təhsil Nazirliyi məktəblilər üçün yeni geyim formalarının alınması ilə bağlı valideynlərin narazılıqlara münasibət bildirib.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, yeni tədris ilinin sonunadək formaların dəyişdirilməsi məcburi deyil.