Azərbaycan Ordusunun mövqeləri “dqr” tərəfindən atəşə tutulub
https://azeri.sahartv.ir/news/azərbaycan-i393053-azərbaycan_ordusunun_mövqeləri_dqr_tərəfindən_atəşə_tutulub
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkə ordusunun mövqelərinin Ermənistan silahlı qüvvələri və qondarma Qarabağ respublikasının qanunsuz silahlı dəstələri tərəfindən atəşə tutulduğunu bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Sen 12, 2022 05:43 Asia/Baku
  • Azərbaycan Ordusunun mövqeləri “dqr” tərəfindən atəşə tutulub

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkə ordusunun mövqelərinin Ermənistan silahlı qüvvələri və qondarma Qarabağ respublikasının qanunsuz silahlı dəstələri tərəfindən atəşə tutulduğunu bildirib.

hərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yer alan məlumatda bildirilir ki, sentyabrın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Çəmbərək və Gorus rayonlarında yerləşən mövqelərindən Azərbaycan Respublikası ordusunun Gədəbəy və Laçın rayonlarında yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Məlumatda Azərbaycan Respublikası ordusunun mövqelərinin Rusiyanın nəzarətində olan Azərbaycan ərazilərində fəaliyyət göstərən separatçı silahlı dəstələr tərəfindən də hədəfə alındığı bildirilir: “Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub”,- Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bəzi erməni kütləvi informasiya vasitələrində isə Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə məlumatlar yayılıb. 

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu məlumatı qəti surətdə təkzib edib.