Sen 14, 2022 12:26 Asia/Baku
  • Azərbaycanın enerji ortağı Ermənistanı müdafiə edir

Böyük Britaniya parlamentariləri Ermənistanın hücuma məruz qaldığını iddia edərək Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Britaniya parlamentində Britaniya-Ermənistan dostluq qrupu Azərbaycan Respublikasının Ermənistana təcavüz etdiyini iddia edərək bu ölkəni pisləyib.

Britaniya parlamentinin üzvü Tim Luğton tərəfindən yayılan bəyanatda deyilir: “Son 24 saat ərzində Azərbaycan Ermənistanın suveren ərazisinə yeni qəddar hücumlar həyata keçirib. Bu, təkcə hərbi bazalara deyil, mülki icmaları və infrastrukturı da əhatə edir. Bu hücumlar mübahisəli Dağlıq Qarabağ regionuna deyil, Ermənistanın özünün beynəlxalq səviyyədə tanınmış suveren sərhədlərinə yönəlib.”

Dostluq qrupu bu son zorakılıq aktına görə Azərbaycan hakimiyyətini qəti şəkildə pislədiyini bildirir və qurbanlar və onların ailələri üçün dərin narahatlığını bildirir.

Bəyanat müəllifləri iddia ediblər ki, guya bu təcavüz aktları açıq şəkildə dünyanın diqqətinin Ukraynadakı hadisələrə yönəldilməsindən və son vaxtlar Kraliça Elizabetin ölümü ilə bağlı geniş yayılmış matəmdən istifadə etmək məqsədi daşıyır və bu cür aqressiv fürsətçiliyin ən sərt şəkildə pislənilməsi və ona qarşı sərt reaksiyaların verilməsi lazımdır.

Sənədə əsasən, beynəlxalq ictimaiyyətin, o cümlədən Böyük Britaniyanın Azərbaycanı qınamasına və bu son hərbi cinayətlərə görə məsuliyyətə cəlb etməsinə çox təcili ehtiyac var. “Biz təcili olaraq Britaniya hökumətindən Azərbaycana təcavüzünə dərhal son qoyulmasını tələb etmək üçün digər dövlətlərə qoşulmağı və haqsız hərəkətlərini davam etdirdiyi müddətcə ona qarşı sanksiyalar tətbiq etməsini xahiş edirik”, - deyə Britaniya-Ermənistan dostluq qrupunun bəyanatında vurğulanır.

Xatırladaq ki, Britaniyanın BP neft şirkəti əsas operator olaraq hər il Azərbaycan nefti və qazının istismar edilməsi hesabına milyardlarla dollar pul qazanır. Bundan əlavə azərbaycanlı oliqarxların saya-hesaba gəlməyən çirkli pulları Londonda yuyulur.

Teqlər