Okt 05, 2022 11:56 Asia/Baku
  • Azərbaycanlı əsirlərin yeni kütləvi məzarlıqları aşkar edilib

Xocavənd rayonunun Edilli kəndində Birinci  Qarabağ Müharibəsi qurbanlarının kütləvi məzarlığı aşkar edilib.

SəhərAzəri-nin Turana istinadən verdiyi məlumata görə,  Sentyabrın 14-dən 28-dək aparılan axtarışlar zamanı Edilli kəndinin yaxınlığında üç məzar aşkar edilib. Onların ikisində altı nəfərin, birində isə ötən əsrin 1990-cı illərində ermənilər tərəfindən öldürülmüş 12 azərbaycanlı hərbçinin cəsədinin kütləvi şəkildə basdırıldığı aşkar edilib.

Ölənlərin hərbçi olmasını qəbirdən tapılan paltar, ayaqqabı, əsgər kəmərləri, nişanlar və digər ordu ləvazimatlarının elementləri sübut edir.

Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Namiq Əfəndiyev Turan-ın müxbirinə bildirib ki, ötən əsrin 90-cı illərində azad edilmiş sağ qalan əsir və girovların ifadələri əsasında Edillidə məzarların axtarışına başlanılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, Qarabağ münaqişəsi nəticəsində ümumilikdə 4500 nəfər itkin düşüb, onlardan 3800 nəfəri Azərbaycan vətəndaşıdır.

2020-ci il 44 günlük müharibədən sonra Şuşa, Kəlbəcər rayonlarında, Fərrux dağında və digərlərində azərbaycanlıların kütləvi basdırıldığı bir neçə məzarlıq aşkar edilib

Teqlər