Bu gün Azərbaycan Respublikasının Müstəqilliyin Bərpası Günüdür
https://azeri.sahartv.ir/news/azərbaycan-i394203-bu_gün_azərbaycan_respublikasının_müstəqilliyin_bərpası_günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31-ci ili tamam olur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 18, 2022 11:27 Asia/Baku
  • Bu gün Azərbaycan Respublikasının Müstəqilliyin Bərpası Günüdür

Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31-ci ili tamam olur.

SəhərAzəri-nin məlumatına əsasən, 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. 

Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil repsublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib.

Azərbaycan xalqı 1991-ci ildən sonra ikinci dəfədir ki, bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.

Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

Müstəqilliyin Bərpası Günü hər il ölkədə bayram kimi qeyd olunan iş günüdür.