Elmi işçi itkinlər barədə araşdırmaya görə təzyiqə məruz qalıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i394225-elmi_işçi_itkinlər_barədə_araşdırmaya_görə_təzyiqə_məruz_qalıb
Qərbdə azərbaycanlı itkin və qaçqınlar barədə araşdırmalara elan olunmamış qadağa tətbiq edilib. Bu barədə Henri Cekson Cəmiyyətinin elmi işçisi Taras Kuzio bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Okt 19, 2022 09:01 Asia/Baku
  • Elmi işçi itkinlər barədə araşdırmaya görə təzyiqə məruz qalıb

Qərbdə azərbaycanlı itkin və qaçqınlar barədə araşdırmalara elan olunmamış qadağa tətbiq edilib. Bu barədə Henri Cekson Cəmiyyətinin elmi işçisi Taras Kuzio bildirib.

"Qərb dünyasının ictimai mövqeyində Azərbaycanı haqsız tərəf kimi təqdim çalışırlar."

Henri Cekson Cəmiyyətinin elmi işçisi Taras Kuzio Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycana qarşı müharibə cinayətləri” adlı hibrid formatında keçirilən seminarda deyib.

"Həmçinin Qərbdə müsəlmanlara qarşı ikili standartlar da özünü göstərir. 4000 minə yaxın Azərbaycanlının itkin düşməsi faktdır. Amma Qərbdə bunu çox az adam bilir. Habelə, 1 milyona yaxın insan qaçqın düşüb. Sözügedən məsələlərdə araşdırmalarıma görə ciddi təqiblərə məruz qalmışdım. Məni hədələyirdilər.

T.Kuzionun fikrincə, Qərb Ukraynadakı və Azərbaycandakı hadisələrə eyni cür yanaşmır.

Elmi işçi bu gün Ukraynada baş verənləri Birinci və İkinci Qarabağ müharibəsi ilə müqayisə edib:

"Rusiya da Ukraynanın 20 faizini işğal edib. İndi Qərb ölkələri Rusiyanı təcavüzkar adlandırırlar. Ermənistana isə belə yanaşmırlar",- Taras Kuzio deyib.