Azərbaycan xalqının İranla ünsiyyətini qırmaq mümkün deyil
https://azeri.sahartv.ir/news/azərbaycan-i394562-azərbaycan_xalqının_İranla_ünsiyyətini_qırmaq_mümkün_deyil
Azərbaycan Respublikası hakimiyyəti özünün anti-İran siyasəti çərçivəsində qonşu dövlətin rəhbərliyini söymək, onun ərazi bütövlüyü və milli hakimiyyətini sabotaj etmək üçün dövlət mediaları və adda müstəqil adlandırılan kütləvi informasiya vasitələrini səfərbər etmişdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 30, 2022 09:57 Asia/Baku
  • Azərbaycan xalqının İranla ünsiyyətini qırmaq mümkün deyil

Azərbaycan Respublikası hakimiyyəti özünün anti-İran siyasəti çərçivəsində qonşu dövlətin rəhbərliyini söymək, onun ərazi bütövlüyü və milli hakimiyyətini sabotaj etmək üçün dövlət mediaları və adda müstəqil adlandırılan kütləvi informasiya vasitələrini səfərbər etmişdir.

Son günlər Azərbaycan dövlət televiziyası Aztv-nin “Diqqət Mərkəzi” proqramında çıxış edən Azərbaycan Respublikası parlamentinin nümayəndələri İran İslam Respublikasının devrilməsinə çağırıb və bu devrilişi türklərin iqtidara gəlməsi üçün əsas hesab ediblər.

Bu verilişdə millət vəkilləri Sahib Aliyev, Əziz Ələkbərov və analitik Elçin Mirzəbəyli və Sevil Mikayılova çıxış edərək, ötən dövrdə Qarabağda narkotik ticarətindən tutmuş, İranda azərilərin hüquqlarının tapdalanmasına, sionist və qərb hökumət və mərkəzlərinin İrana qarşı irəli sürdükləri bütün saxta ittihamların təkrarlanmasına qədər cəfəng və eyni zamanda haqsız ittihamlar səsləndiriblər.

Elçin Mirzəbəyli deyib ki, İranın yaranmasının səbəbi türk və İslam dünyasında parçalanma və ayrılıq yaratmaqdır!

Sahib Aliyev deyib ki, İran diplomatiyası həmişə hiyləgərliyi ilə seçilib. Ancaq bu gün açıq şəkildə bəyan edirlər ki, biz Azərbaycanın və Türkiyənin düşməniyik! Hətta hərbi təlimlərdə əsgərlərə deyirlər ki, Azərbaycan və Türkiyə ilə döyüşməyənin cənnətdə yeri yoxdur!

Əziz Ələkbərov da deyib: “Bütün dünya və Qərbin Ukraynaya dəstək verdiyi bir şəraitdə İran Ukraynaya qarşı Rusiyanı dəstəkləyir və bu, ilk baxışdan İranın ağlını itirdiyini göstərir. Bu rejim devrilməli və yeni qüvvələr hakimiyyətə gəlməlidir, ya da İran müstəqil dövlətlərə parçalanmalıdır!”

Sonra mikrofon Sevil Mikayılovaya verilib. İranın bəzi bölgələrində iğtişaşçıların təxribatçı hərəkətlərini milli oyanış kimi qiymətləndirən ekspert bildirib ki, İranda bu dəfə milli oyanış baş verib!

Bu televiziya dəyirmi masasının iştirakçıları həmçinin İranı Azərbaycan Respublikası ilə düşmənçilikdə ittiham edərək iddia ediblər ki, İranın Bakıya xəbərdarlıq etməsinə səbəb İranın Qarabağ ətrafındakı torpaqları Ermənistandan geri almaqdan narahat olması, Qarabağdan narkotik qaçaqmalçılığı imkanlarını itirməsi və İranın hətta 1918-ci ildən Azərbaycan cümhuriyyətinin qurulmasına qarşı çıxmasıdır.

Natiqlər başqa bir gülünc iddia da irəli sürüblər. Onların qənaətincə İran guya Azərbaycan Respublikasının idarəetmə sisteminə və İran azəriləri üçün örnək olmasına qısqanclıq edir.

Yeri gəlmişkən bildirək ki, Azərbaycan Respublikasının ictimai rəyində İranın imicini mümkün qədər məhv etmək məqsədini güdən bu dedi-qodular yalnız bir nümunədir və hakimiyyət bu gedişatla qoşu dövlətin əsəbi ilə oynayır, diqqətləri ölkə daxilini ağuşuna almış sosial partlayışdan yayındırmaq istəyir. Lakin bu düşmənçilik mövqeyi onu xalqın qəzəbindən sığortalaya bilməz.

Əslində Azərbaycanın müsəlman xalqı heç zaman İranla ünsiyyət bağlarını qırmaz və bundan sonra da çətin günlərində cənub qonşusuna güvənəcəkdir. Zira bu xalq mentalitet baxımından özünü İrandan ayrı təsəvvür etmir, vahid sivilizasiya, şiəlik, tarixi ortaqlıq və nəhayət doğmalıq xalqlarımızı bir-birinə bağlayan çox möhkəm tellərdir, ailə hakimiyyəti bunu qırmaq iqtidarında deyil.