Ailə rejimi İranın səbrini imtahana çəkir
Əliyevin İrana qarşı son ritorikasının səbəbi nədir? – TƏHLİL
Azərbaycandakı ailə rejiminin başçısı İran əleyhinə açıqlamalar verməklə qonşu ölkənin daxili işlərinə qarışmaq yolunu tutub.
SəhərAzəri-nin məlumatına əsasən, İlham Əliyevin Səmərqənd sammitində dilə gətirdiyi hədyanlar və İranın bostanına daş atması onun nə dərəcədə regiondan kənar qüvvələrə müti olduğunu əyani şəkildə ortaya qoydu. Əslində Azərbaycan Respublikasında hakimiyyətdə olan hazırkı rejim zaman-zaman ölkəmizə qarşı müxtəlif oyunlarda iştirak edib, Qərb və sionist rejimin meydanında oynayaraq xal qazanmağa çalışıb.
Hazırda isə rəsmi Bakı İran İslam Respublikasına qarşı rəsmən Qərbin siyasətinin bir halqasına çevrilməkdədir. Xüsusilə də Qərb dövlətlərinin İran əleyhinə idarə etdikləri iğtişaşlarda Bakı da öz öhdəliyini yerinə yetirməyə çalışdı. Ona görə də İlham Əliyevin Şuşada verdiyi açıqlamasını əsla təsadüfi saymaq olmaz. Həmin çıxışda o,İranı birbaşa şantaj edərək qonşu dövlətin ənənəvi hərbi təlimlərini Ermənistana dəstək kimi qiymətləndirdi və ardınca illüziyalarının davamında İrana – necə deyərlər – barmaq silkələdi.
Bu sərsəm fikirlər və hökumətə tabe olan medianın İran əleyhinə qara-piar kampaniyasını şiddətləndirmələri ilə əlaqədar Azərbaycan səfiri İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırıldı və ondan istənildi ki, dövlət rəsmilərinin qeyri-dostcasına olan bəyanatlarına və ölkə mətbuatında gedən çirkin kampaniyaya tez bir zamanda son qoyulmalıdır.
Təsəvvür olunurdu ki, bu hərəkətlə Bakı bir az özünə gəlib İran əleyhinə hərəkətlərinə, bəyanatlarına son qoyacaq, lakin noyabrın 11-də Əliyev Türk Dövlətləri Təşkilatının toplantısında ölkəmizə qarşı yeni açıqlamalar verməklə qərəzli fəaliyyətini davam etdirdi.
Onun bu bəyanatını İrana qarşı ritorikada daha bir addım irəli gedərək, bu dəfə ölkəmizin daxili işlərinə qarışması kimi qiymətləndirmək olar. Bu barədə görünən budur ki, İranda baş verən iğtişaşlar bir çox dünya liderləri kimi Əliyevi də yanıldıb və o da karvandan geri qalmamaq üçün İran əleyhinə açıqlamalar verməyi özünə borc bilib, həm də mediasında saxta Güney Azərbaycan bölgəsi məsələsini gündəmə gətirib.
Digər tərəfdən Şahçırağ ziyarətgahına qarşı terror aktınabaşçılıq edən şəxsin Azərbaycan Respublikasından İrana daxilolması və bəzi koordinasiya işlərinin Bakıda aparılması barədə sübutlar Əliyevi çıxılmaz vəziyyətə salıb və o öz xəyalında diqqətləri bu faktdan yayındırmaq üçün guya hücumçu mövqe tutmağa məcbur olub.
Üçüncü məsələ budur ki, Paşinyanın İrana səfəri və Qafqazda baş verənlərlə bağlı hesabat təqdim etməsi və İranın təsirl irolunu vurğulaması Əliyevin xoşuna gəlməyib. Bununla paralel olaraq, Sepah tərəfindən Araz çayının qırağında keçirilən təlimlər onu özündən çıxarıb və əsəbi reaksiya verməyə məcbur olubdur.
Şübhə yoxdur ki, İranın şimal sərhədlərində baş verən geosiyasi dəyişikliklərlə bağlı rəsmi Tehranın aydın mövqeyi İslam Respublikasının ən yüksək səviyyəsində qəbul olunub və Əliyevin narazı qalmasından asılı olmayaraq, qırmızı xəttlər elan edilib.
Qeyd olunan bu məsələlər ola bilsin ki, Əliyevin son vaxtlar İrana qarşı səsləndirdiyi ritorikasının və mənasız açıqlamalarının əsas səbəbləri sırasındadır. Lakin İranın bu hərəkətlər bərabərində nə qədər təmkinlik göstərəcəyi məlum deyil. Necə deyərlər, şirin quyruğu ilə oynama, cənab Əliyev!