Noy 19, 2022 11:56 Asia/Baku
  • İctimaiyyət hələ də ilahiyyatçıya qarşı irəli sürülən ittihamlara inanmır

Müsəlman Birliyi Hərəkatının başçısı, ilahiyyatçı Tale Bağırzadə Qobustan həbsxanasından köçürüləcək.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə MBH-nin mətbuat xidmətindən məlumat verilib. Beləki, noyabırın 26-sı ilahiyyatçının Qobustan qapalı tipli həbsxanasında çəkdiyi 7 illik həbs müddəti bitir. Bundan sonrao, ümumi ciddi rejimli həbsxanalardan birinə göndərilməlidir. Lakin katiblik dəqiq olaraq T.Bağırzadənin hansı həbsxanaya göndəriləcəyi ilə bağlı məlumata malik olmadığını bildirib.

Xatırladaq ki, MBH başçısı Tale Bağırzadə 2015-ci il 26 noyabırda Nardaranda keçirilən əməliyyat zamanı həbs olunub. Bir çox ağır ittihamlarla cinayət işinə cəlb olunan ilahiyyatçı məhkəmə dövründə ittihamların əsassız olduğuna dair yetərincə sübutlar göstərə bilib. Bundan əlavə olaraq vəkil və hüquq müdafiəçiləri məhkəmələrin sifarişli olmasını tam çılpaqlığı ilə nümayiş etdirmişdi. Lakin bütün bunlara baxmayaraq dövlət ittihamçısı sübuta yetməyən əsaslar üzərindən ilahiyyatçıya ömürlük həbs cəzası istəyib. Hakim isə 7 ilini Qobustan ciddi rejimli həbsxanada çəkməklə Tale Bağırzadəyə 20 il azadlıqdan məhrum etmə cəzası verib.

Teqlər