İşğalçı rejim istəyinə nail olduğu üçün çox sevincək olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i395234-İşğalçı_rejim_istəyinə_nail_olduğu_üçün_çox_sevincək_olub
İsrail rejimi Azərbaycan Respublikasını Təl-əvivdə səfirlik açmağa məcbur etdikdən sonra çox sevincək olub.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Noy 23, 2022 09:43 Asia/Baku
  • İşğalçı rejim istəyinə nail olduğu üçün çox sevincək olub

İsrail rejimi Azərbaycan Respublikasını Təl-əvivdə səfirlik açmağa məcbur etdikdən sonra çox sevincək olub.

Noyabrın 22-də işğalçı rejimin başçısı İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib, Fələstin torpaqlarının işğalı üzərində yaradılmış rejimdə Azərbaycan səfirliyinin açılması barədə qərara görə İlham Əliyevə təşəkkürünü bildirib, Azərbaycanı İsrail rejimi üçün strateji tərəfdaş adlandırıb.

Məlumatda bildirilir ki, “telefon söhbəti zamanı İsrail-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri müzkirə edilib, gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.”

Son günlər qəsbkar rejimin Bakıdakı səfiri də rəsmi Bakının bu addımından o qədər sevincək olmuşdu ki, həyəcandan nə demək istədiyi bəlli deyildi:

Corc Dik səfirliyin açılmasını Azərbaycanın milli yeməyi ilə qeyd etmək istədiklərini, lakin bunun məhz hansı yemək olacağına qərar verə bilmədiklərini yazıb və həyəcandan başını itirdiyinə dəlalət edən belə bir sual verib: “Bizim yerimizə qərar verin, hansı yeməyi seçək?”

Ekspertlərə görə sionist rejimin sevincinin səbəbi bəllidir. Bu qeyri-qanuni rejimin müsəlman dövlətlər tərəfindən təsdiq olunmağa böyük ehtiyacı var. Lakin həmin ekspertlər Azərbaycan Respublikasının isə işğalçı rejim ilə münasibətlərinin bu ölkəyə başıaşağılıqdan başqa müsbət heçnə vermədiyini deyirlər.