Professor Qulu Məhərrəmlidən AzTV-dəki yeyinti barədə açıqlama
https://azeri.sahartv.ir/news/azərbaycan-i395854-professor_qulu_məhərrəmlidən_aztv_dəki_yeyinti_barədə_açıqlama
Tanınmış professor Qulu Məhərrəmli Azərbaycan Dövlət Televiziyasında böyük həcmdə yeyinti olduğunu ancaq bu barədə hakimiyyət orqanlarının susduğunu bildirib. Məlumat moderator.az-da dərc olunub.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 16, 2022 13:34 Asia/Baku
  • Professor Qulu Məhərrəmlidən AzTV-dəki yeyinti barədə açıqlama

Tanınmış professor Qulu Məhərrəmli Azərbaycan Dövlət Televiziyasında böyük həcmdə yeyinti olduğunu ancaq bu barədə hakimiyyət orqanlarının susduğunu bildirib. Məlumat moderator.az-da dərc olunub.

“Mən 4 il əvvəl, hələ A.Alışanov vəzifədə olarkən onun AzTV-ni bərbad günə qoyduğunu, dövlət büdcəsini dağıdıb bu kanala ayrılan milyonları yediyini, oradakı başqa kriminal əməllərini tənqid etmişəm.”- Professor deyib.

Professor AzTV-nin keçmiş rəhbərinin qətl törətdiyi və separatçı ermənilərə bəraət qazandırmaq cəhdlərindən də söz açıb:

“Bundan başqa AzTV sədrinin Qarabağ ermənilərinin separatizminə (guya onlar sosial-iqtisadi gerilik səbəbindən ayrılmaq istəyirlər) bəraət qazandıran (Moskvada muzdla yazdırdığı) dissertasiya müdafiə etməsini, həmçinin Şamaxıda 7-8 milyonluq torpaq işindəki məhkəmədə bir qızı QƏTLƏ yetirməkdə ittiham olunduğunu göstərmişəm”,- deyə Qulu Məhərrəmli bildirib.

Professor bütün bunlara rəğmən bu keçmiş cinayətkar rəhbərə qarşı heç bir tədbir görülmədiyini də diqqətə matdırıb:

 

  “Amma nə olsun?! Bu qədər bəd əməllər törətmiş A.Alışanov dövlətdən oğurladığı pullardan özünə qala quraraq şad-xürrəm yaşayır və kimsə ondan hesab sormur. Təəssüf ki, bu da bizim bir acı reallığımızdır…”,- Tanınmış alim bildirib.