Müharibədən sonra mina problemi kabus olaraq qalmaqdadır
https://azeri.sahartv.ir/news/azərbaycan-i395984-müharibədən_sonra_mina_problemi_kabus_olaraq_qalmaqdadır
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi azad edilmiş ərazilərdə aşkarladığı minaların sayını açıqlayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 21, 2022 13:36 Asia/Baku
  • Müharibədən sonra mina problemi kabus olaraq qalmaqdadır

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi azad edilmiş ərazilərdə aşkarladığı minaların sayını açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Nazirliyin açıqlamasında deyilir ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 29113 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Qeyd olunur ki, ümumilikdə 10185 ədəd piyada əleyhinə, 2580 ədəd tank əleyhinə mina və 10445 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Xatırladaq ki, dekabrın 5-dən 10-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə mina, 3 tank əleyhinə mina və 47 Partlamamış Hərbi Sursat aşkarlanıb.

Azərbaycan rəsmilərinin dediyinə görə, Qarabağda mina problemini həll etmək üçün Azərbaycana təxminən 30 il və 25 milyard dollar lazımdır.

Xatırladaq ki, 2020-ci ilin noyabr - 2022-ci ilin 06 oktyabr tarixləri arasında, mina partlayışları nəticəsində 44 nəfər həlak olub, 213 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və ya zərərçəkib. Bu dövr ərzində həlak olan və zərərçəkənlərin cəmi sayı 257 nəfər təşkil edib.

Ərazilərdə mina təhlükəsi qaçqınların öz dogma toerpaqlarına qayıtmalarına mane olur.