Partiya sədri Naxçıvanın devrilmiş xanına od püskürdü
Hafiz Hacıyev: Vasif Talıbov vətənə xəyanət maddəsi ilə həbs edilməlidir!
Vasif Talıbovun ətrafı tam təmizlənməlidir. Çünki Vasif Talıbovun ətrafı bir qara kimi Azərbaycanı bürüyüb. Müasir Müsavat Partiyasının sədri belə bəyanatla çıxış edib.
Hafiz Hacıyev deyib ki, “Talıbovun incə istefası qəbul olunmazdır. Çünki onun dövlətdən oğurladığı 50 milyardın 20 milyardını ölkədə dövlət çevrilişi olmasına xərcləməsi gözləniləndir”.
Vasif Talıbovun haqqında ciddi tədbirlərin görülməli olduğunu düşünən partiya sədri əlavə edib ki, onun xəstəliyi də yalandır:
“Vasif Talıbov vətənə xəyanət maddəsi ilə həbs edilməlidir. Eyni zamanda dövlətə vurduğu ziyanlar və dövlətdən mənimsədiyi mallar da əlavə maddə kimi üzərinə qoyulmalıdır. Onun ətrafında olanlar da məsuliyyətə cəlb edilməlidir. İstər Azərbaycanda, istərsə də Naxçıvanda onunla əlbir olan məmurlar da istintaq qarşısında cavab verməlidirlər. Bir sözlə Vasif Talıbovun ətrafı tam təmizlənməlidir”.