Dek 27, 2022 15:46 Asia/Baku
  • Qondarma rejimin “dövlət naziri” Bakını ittiham edir

Vardanyan: Azərbaycan Qarabağ ermənilərinə öz torpaqlarını tərk etmək üçün təzyiq göstərir

SəhərAzəri-nin məlumatına əsasən, Qondarma Dağlıq Qarabağ Respublikasının dövlət naziri Ruben Vardanyan İtaliyanın nüfuzlu Tempo jurnalına müsahibə verib və Qarabağın blokadaya alındığını iddia edib.

Vardanyan vurğulayıb ki, vəziyyət çətindir, lakin Qarabağ erməniləri təslim olmaq niyyətində deyil və öz torpaqlarında yaşamaq hüquqlarını müdafiə etməyə davam edəcəklər.

“Xarici dünya ilə əlaqəmiz tamamilə kəsilib. Belə bir şəraitdə hava körpüsünə ehtiyac çox vacib olur”, – deyən Vardanyan Daölıq Qarabağın blokadası probleminin BMT Təhlükəsizlik Şurasında müzakirə edildiyini və vəziyyətin qəbuledilməz hesab edildiyini vurğulayıb.

Azərbaycanlı ekofəallardan danışan separatçı deyib: “Onlar ümumiyyətlə ekoloq deyillər, Azərbaycanın xüsusi xidmət orqanlarının nümayəndələridir. Baş verənlər diqqətlə planlaşdırılıb. Qarabağ xalqına öz torpaqlarını tərk etmək üçün təzyiq etmək istəyirlər”.

Qarabağ münaqişəsinin həlli ilə bağlı sualı cavablandıran Vardanyan deyib: “Ermənilər və azərbaycanlılar fərqli millətlərdir, fərqli mədəniyyətə, fərqli dəyərlərə malikdirlər, lakin onlar bir-birinə qarşı savaşa girmədən eyni bölgədə qonşu kimi yaşamağın yolunu tapmalıdırlar. Azərbaycanın Artsaxı tanıması vacibdir. Əminəm ki, bu nöqtədən başlasaq, həll yolu tapılacaq”.

 

 

 

Teqlər