Ermənistan hüquqi müstəvidə Əliyev hakimiyyətini çətin duruma salır
Beynəlxalq Cinayət Məhkəməsi Azərbaycanı etnik təmizləmədə ittiham etdi
Ermənistanın səyləri nəticəsində nəhayət Beynəlxalq Cinayət Məhkəməsi Azərbaycanı Dağlıq Qarabağda “etnik təmizləmə” siyasəti yürütməkdə ittiham edib.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsindəki nümayəndəsi Yeqişeh Karakosyan açıqlama verib.
O deyib ki, yekun hökm çıxarıldıqda Azərbaycan Respublikasına qarşı maliyyə cərimələri ilə yanaşı, sanksiyalar da tətbiq oluna bilər.
Beynəlxalq Cinayət Məhkəməsində Ermənistanın vəkili Bakının Laçın dəhlizini bağlamasını “barbar və lazımsız blokada” olaraq xarakterizə edib.
İttihamlara cavab olaraq, Beynəlxalq Cinayət Məhkəməsində iştirak edən Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistan tərəfinin Laçın dəhlizinin bağlanması ilə bağlı xəbərlərini “tamamilə uydurma” adlandırıb və Ermənistanın etnik təmizləmə məsələsini gündəmə gətirdiyinə görə faktları təhrif etdiyini söyləyib.