Müsəlman Birliyi Hərəkatı inanclılara qarşı repressiyanı qınadı
“Həbs olunanların İranla heç bir əlaqəsi yoxdur”
MBH bəyanat yayaraq Azərbaycan hakimiyyətinin aqressiyasını dünyada gedən anti-İslam prosesinin tərkib hissəsi kimi xarakterizə edib.
Bəyanatda deyilir: “Dünyada anti-islam təbliğatlarının yer aldığı günümüzdə Azərbaycan hakimiyyətinin son günlər daha çox aqressiya nümayiş etdirdiyi inanclılara qarşı addımları da eyni ssenarinin tərkib hissəsidir. İslama, şiəliyə qarşı dözümsüzlük, sonunda nəticəsizlik səbəbindən kütləvi həbslərə tuş gəlir. “Millət vəklindən” məmuruna qədər hər cəbhədə hədəfə alınan şiəliyə atılan ittihamların effeksizliyi bu gün İrana qarşı əks siyasətin fonunda şər və böhtanlarla inanclıların kütləvi həbsini hakimiyyət tərəfindən reallaşdırıb. İran ittihamı ilə həbs olunanların İranla heç bir əlaqəsi olmadığı halda saxta həbslərin yer aldığı bu əməliyyatın arxasında gizlənən hədəf yalnız İslamdır. Narkotika da daxil olmaqla müxtəlif maddələrlə şərlənən bu şəxslərin inanclı olduğu heç kəsdə şübhə yaratmadığı halda hakimiyyətin öz dağıdıcı addımına cəmiyyət tərəfindən haqlılıq donu olaraq İranı qabartması onun saxta idarəçiliyində yeganə həqiqətdir.
Azərbaycan inanclısının İran və sair ölkələrin cəsus şəbəkəsi kimi təqdim edilərək həbsi yalnız və yalnız hakimiyyətin dini məhdudlaşdırma, əqidəni hədəfə alınma siyasətindən başqa bir şey deyil”, - deyə Müsəlman Birliyi Hərəkatının bəyanatında vurğulanır.