Fev 07, 2023 14:27 Asia/Baku
  • Xudafərin Körpüsü
    Xudafərin Körpüsü

Xudafərin Körpüsündə Quran tilavət etdirməklə dinə bağlı olduğunu nümayiş etdirən və əlbəttə İrana mesaj verən rejim konsert zalında “yaşasın ateizm, yıxılsın minarələr, kəsilsin azan səsi” mahnısını oxutdurub.

Mədəniyyət TV-dən yayımlanan mahnı Azərbaycan Respublikası müsəlmanlarını qəzəbləndirib.

Sosial media istifadəçiləri bildirirlər ki, bu son kadrlar hakimiyyətin əsl xislətini nümayiş etdirir və aydın olur ki, onun islamofobiya ilə mübarizə və ya Azərbaycan məscidlərinin erməni vandallığına məruz qalması barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil. Çünki hakim rejim tolerantlıq və plüralism siyasəti ilə faktiki olaraq həqiqi İslam dəyərlərinin inkişafına mane olub və şiə xalqının inanclarına zidd olan məfkurənin yayılmasına zəmin yaradır.

Hesab edilir ki, insanların bayram namazlarında və ya Aşura mərasimində izdihamlı iştirakı rejimin ürəyincə olmayan mənzərələrdir. Bu səbəbdən ötən il Dini Etiqad haqqında Qanuna Düzəliş adı altında İslam camiəsinə bir-çox məhdudiyyətlər tətbiq olunduğu halda şiəlik və Əhli-Beytə məhəbbət səhnələrinin şahidi olan rejim cəmiyyəti düzgün yoldan ayırmaq və Əsl Məhəmməd (s.ə.s) İslamını insanlara çatdıran nüfuzlu ruhaniləri hədəfə almaq üçün fürsət axtarırdı. Nəhayət bu günlərdə “İran agenti” damğasını vurmaqla tanınmış ruhaniləri və islamçıları gözdən salmaq və susdurmaq yolunu tutub, rəsmi təbliğatda isə dindən sui-istifadə etməyi unutmur.

Bununla əlaqədar rejim nümayəndələri İranla sərhəd Xudafərin körpüsünün yanına Heydər Əliyev Məscidinin saray axundunu gətirərək Fəth surəsini oxutdurub və onu İctimai Televiziyadan yayımlayıblar.

Qəribə əhvalat yaranır. Dünyəviliyi və hətta ateizmi təbliğ edən hakimiyyətin sayəsində Azərbaycan xalqı bəlkə də ilk dəfədir ki, Quran tilavətini dövlət televiziyasından dənləyir. Lakin Mədəniyyət kanalından ateizmin təbliği rejimin mahiyyətini tam çılpaqlığı ilə ortaya qoydu: Əliyev dövləti dünyəvi yox, ateist rejimdir.

 

Teqlər