Fev 15, 2023 13:21 Asia/Baku
  • Qriqoryan: Bakı və Qarabağ arasında danışıqlar reallaşmalıdır

Ermənistan Qarabağ və Bakı arasında danışıqların beynəlxalq- görünən mexanizm çərçivəsində aparılmasına tərəfdardır və bu mexanizm hazırda Ermənistan və Azərbaycan tərəflərinin üzərində işlədikləri sülh müqaviləsində qeyd oluna bilər.

Bu barədə fevralın 14-də İrəvanda keçirilən brifinqdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Qriqoryan qeyd edib ki, Ermənistan Xankəndi ilə Bakı arasında danışıqların beynəlxalq- görünən mexanizm çərçivəsində aparılmasına tərəfdardır. Ermənistan bu mexanizmin işləməsi üçün öz beynəlxalq tərəfdaşları ilə işi davam etdirir. Bu mexanizm sülh müqaviləsində nəzərdən keçirilə bilər ki, danışıqlar buna əsasən aparılır. Bu, digər beynəlxalq strukturlar və ya başqa bir format ola bilər. Hələlik konkret deyil, bu müzakirə mövzusudur, aydın olması üçün müzakirəni davam etdirməliyik", - deyə Qriqoryan vurğulayıb.

 

Onun sözlərinə görə, Ermənistanın yanaşması əvvəlkitək ondan ibarətdir ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyilə bağlı danışıqların aparılması üçün beynəlxalq səviyyədə görünən danışıqlar mexanizmi yaradılmalıdır.

Qriqoryan sonra “müzakirə olunan və yayılan mətndə Qarabağın adı çəkilirmi” sualına müsbət cavab verib. Lakin Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, bu sənədin hələ yekun sənəd olmadığını nəzərə almaq vacibdir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi həmçinin Qərbin bölgədə öz iştirakını erməni tərəfə qəbul etdirməsilə bağlı Moskvanın tənqidini rədd edərk deyib ki, Avropa İttifaqı missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi erməni tərəfinin qərarıdır və müəyyən təhlükəsizlik zəmanətlərinin yaradılması üçün Avropa İttifaqının mülki missiyasını dəvət edib.

 

 

Teqlər