Fev 18, 2023 07:47 Asia/Baku
  • Azərbaycan XİN: Hazırda danışıqlar prosesi yoxdur

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə Ermənistanla danışıqlar prosesində müəyyən layihə üzərində işlənildiyini bildirib.

XİN rəsmisi deyib: “Ermənistan sonuncu dəfə danışıqlar prosesini, yəni Moskva görüşünü boykot etdi. Hazırda danışıqlar prosesi yoxdur. Sadəcə, sənədlər üzrə təklif mübadilələri gedir. Mən hazırda təklifləri alıb-almadığımız barədə heç nə deyə bilmərəm”.

Xatırladaq ki, Nikol Paşinyan Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında saziş layihəsi üzərində işin başa çatdığını və sənədi Bakıya göndərdiyini bəyan edib.

Ondan əvvəl, fevralın 6-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniyada mətbuat konfransında demişdi ki, Ermənistan Azərbaycandan sülh sazişi ilə bağlı daha bir təklif alıb və bu mətn üzərində işləyir.

2022-ci ilin mayında Ermənistan tərəfi Azərbaycanın sülh müqaviləsi üzrə danışıqlara başlaması üçün 5 bənddən ibarət təklifinə, özünün 6 şərti ilə cavab vermişdi.

Cavab bəndlərdə göstərilirdi ki, Ermənistanın Azərbaycana qarşı hər hansı bir ərazi iddiası olmayıb və yoxdur.

Bundan başqa, erməni tərəfi qeyd etmişdi ki, onlar üçün Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət, onların hüquq və azadlıqlarına hörmət, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi prioritetdir.

Teqlər