Azərbaycanda siyasi məhbus məsələsi öz həllini tapmır
https://azeri.sahartv.ir/news/azərbaycan-i397815-azərbaycanda_siyasi_məhbus_məsələsi_öz_həllini_tapmır
Siyasi məhbusların yeni siyahısı dərc edilib
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2023 14:02 Asia/Baku
  • Azərbaycanda siyasi məhbus məsələsi öz həllini tapmır

Siyasi məhbusların yeni siyahısı dərc edilib

“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi ölkədə siyasi məhbusların yenilənmiş siyahısını dərc edib, siyasi məhbusların çoxunu yenə də dindarlar təşkil edir.

Yenilənmiş siyahıya görə Azərbaycanda hazırda 93 nəfər siyasi məhbus var.

Təşkilat siyasi məhbusları 7 qrupa bölüb.

1-ci qrupa 6 məhbusla jurnalistlər və blogerlər, 2-ci qrupa – 6 nəfərlə müxalifət partiya və hərəkatlarının üzvləri, 3-cü qrupa 5 nəfərlə Almaniyadan deportasiya olunan siyasi mühacirlər, 4-cü qrupa 29 nəfərlə dindarlar, 5-ci qrupa 8 nəfərlə Tərtər işi üzrə məhkum olunanlar, 6-cı qrupa 26 nəfərlə Gəncə işi üzrə məhkumlar və 7-ci qrupa 13 nəfərlə ömürlük azadlıqdan məhrum edilənlər daxildir.

Siyasi məhbusların yenilənmiş siyahısı hüquq müdafiəçiləri, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov tərəfindən hazırlanıb.