AzərTac-ın əməkdaşını intihara kim sövq etdi?
https://azeri.sahartv.ir/news/azərbaycan-i397816-azərtac_ın_əməkdaşını_intihara_kim_sövq_etdi
Aygün Əliyeva konkret adlar göstərdi
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2023 14:31 Asia/Baku
  • AzərTac-ın əməkdaşını intihara kim sövq etdi?

Aygün Əliyeva konkret adlar göstərdi

Ailə rejimi xırda tənqidlərə belə dözmür. Sosial şəbəkələrdə tənqidi statuslarına görə işdən çıxarılmış dövlət xəbər agentliyinin müxbiri intihara cəhd etməsinin səbəbini açıqlayıb.

"AzərTac" Dövlət İnformasiya Agentliyinin keçmiş əməkdaşı Aygün Əliyeva fevralın 27-də səhər saatlarında intihara cəhd edib. Hadisəyə səbəb Ali Məhkəmənin Aygün Əliyevanın hüquqlarını pozması olub. O, intihara əl atmamışdan öncə bu addımı atmasının səbəbləri haqda “Facebook” səhifəsində yazıb: “Mənim ölümümdə günahkar Azərbaycan Respublikasının Ali Məhkəməsi və konkret olaraq Ramiz Rzayev, Azertacın keçmiş rəhbəri, milyon manatlarla dövlət vəsaitini mənimsəmiş Aslan Aslanov və onun siyasətini davam etdirən, haqqa girməyə davam edən Vüqar Əliyevdir”.

Jurnalist 2021-ci ildə sosial şəbəkələrdə tənqidi statuslarına görə işdən çıxarılıb. Həmin vaxtdan etibarən hüquqlarını məhkəmələrdə bərpa etməyə çalışıb. 2021-ci ilin mart-aprel aylarında Bakının Nəsimi Rayon Məhkəməsi onun şikayətini təmin etməyib. Əliyevanın verdiyi apellyasiya şikayətinə 2021-ci ilin may ayında baxılıb və qərar qüvvədə saxlanılıb. 2022-ci ilin sentyabrında Ali Məhkəmə bu qərarı ləğv edib və işi yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarıb.

2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Aygün Əliyevanın işə bərpa olunması və ona təzminat ödənilməsi haqqında qərar qəbul edib. Amma digər tərəf kassasiya şikayəti verib və yanvarın 25-də Ali Məhkəmə işi apellyasiya instansiyasına qaytarmaq barədə qərar qəbul edib.