Ermənistan və Rusiya XİN rəhbərlərindən Azərbaycana çağırış
“Laçın dəhlizinin blokadası ləğv edilməlidir”
SəhərAzəri-nin məlumatına əsasən, martın 3-də “Raisina dialoqu” konfransı çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Ermənistan və Rusiyanın xarici işlər nazirləri bu görüşdə Dağlıq Qarabağda Laçın dəhlizinin blokadaya alınması və Azərbaycanın elektrik təchizatını kəsməsi nəticəsində yaranmış vəziyyəti müzakirə ediblər. Əldə edilmiş razılaşmaların həyata keçirilməsi və Laçın dəhlizinin blokunun açılmasının zəruriliyi prinsiplərinə ciddi riayət etməklə 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərin yerinə yetirilməsi vurğulanıb. Nazirlər həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi, delimitasiya və sərhəd təhlükəsizliyi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokunun açılması, eləcə də Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparıblar.