Azərbaycan tərəfindən təmas xətti pozulub
https://azeri.sahartv.ir/news/azərbaycan-i398515-azərbaycan_tərəfindən_təmas_xətti_pozulub
Rusiya sülhməramlıları Azərbaycan tərəfindən təmas xəttinin pozulduğunu bildirərək Azərbaycan tərəfini dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl etməyə çağırıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Mart 26, 2023 12:34 Asia/Baku
  • Azərbaycan tərəfindən təmas xətti pozulub

Rusiya sülhməramlıları Azərbaycan tərəfindən təmas xəttinin pozulduğunu bildirərək Azərbaycan tərəfini dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl etməyə çağırıb.

Rusiya sülhməramlılarının rəhbərliyi martın 25-də Qarabağda təmas xəttinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən pozulduğunu elan edib.

Azərbaycanlılar “Şuşa rayonu ərazisində təmas xəttini keçərək, 2054 m hündürlüyünü tutaraq (Sarıbaba dağından 2,9 km şimal-şərqdə) post qurmaga başlayıblar.

Rusiya sülhməramlılarının komandanlığı böhranlı vəziyyətin gərginləşməsinin qarşısını almaq və tərəflərin qarşılıqlı təxribatlarının qarşısını almaq üçün tədbirlər görür.

Azərbaycan tərəfinə dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl etmək, mühəndis-texniki işlərin dayandırılması və silahlı qüvvələrin əvvəllər tutduqları mövqelərə qayıtmaq tələb edilib”, - məlumatda deyilir.