Deputatlar işğal olunmuş ərazilərə gedəcəklər
https://azeri.sahartv.ir/news/azərbaycan-i398594-deputatlar_işğal_olunmuş_ərazilərə_gedəcəklər
Qeyri-qanuni rejimin nəzarətindəki Qarabağa səfər edə bilməyən azərbaycanlı deputatlar qeyri-qanuni sionist rejimin işğalı altında olan Fələstin torpaqlarına səfər etməyi planlaşdırırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 27, 2023 14:55 Asia/Baku
  • Səməd Seyidov
    Səməd Seyidov

Qeyri-qanuni rejimin nəzarətindəki Qarabağa səfər edə bilməyən azərbaycanlı deputatlar qeyri-qanuni sionist rejimin işğalı altında olan Fələstin torpaqlarına səfər etməyi planlaşdırırlar.

Bu səfərin bəhanəsi, qəsb olunmuş ərazilərdə Azərbaycan Respublikasının səfirliyinin açılış mərasimində iştirak etməkdən ibarətdir.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, Azərbaycan Respublikası parlamentinin münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov martın 28-də Tel-Əvivə səfər edəcəklər.

Səfər çərçivəsində azərbaycanlı deputatlar sionistlərin işğal etdikləri və İsrail adlı rejim yaratdıqları Fələstin ərazilərində Azərbaycan Respublikasının səfirliyinin açılması mərasimində iştirak edəcəklər.