“Cahandar Bayoğlunun beyni yer qurdunun beyni qədər deyil”
https://azeri.sahartv.ir/news/azərbaycan-i399155-cahandar_bayoğlunun_beyni_yer_qurdunun_beyni_qədər_deyil
ABŞ-dan qayıdan azərbaycanlı ekspert Bakıda İran əleyhinə təbliğatın fəal iştirakçısı, Turan Partiyasının liderini aşağılayıb.
(last modified 2024-06-25T08:12:33+00:00 )
Apr 16, 2023 17:16 Asia/Baku
  • “Cahandar Bayoğlunun beyni yer qurdunun beyni qədər deyil”

ABŞ-dan qayıdan azərbaycanlı ekspert Bakıda İran əleyhinə təbliğatın fəal iştirakçısı, Turan Partiyasının liderini aşağılayıb.

SəhərAzəri-nin məlumatına görə, İllərlə mühacirətdən sonra naməlum səbəblərə görə ABŞ-dan Bakıya qayıdan siyasi-təhlükəsizlik eksperti Ərəstun Oruclu deyib ki, “Turan Partiyası” liderinin beyni yer qurdunun beyni qədər də deyil.

Xatırladaq ki, Turan Partiyasının başqanı Cahandar Bayoğlu pantürkizm təbliğatının və anti-İran kampaniyasının mühüm ünsürlərindən biri olaraq son zamanlar tayfa rejiminin tapşırığı ilə meydan sulayır.

Ərəstun Oroğlu onu Azərbaycan Respublikasında “İranın agenti” kimi təqdim edən Cahandar Bayoğluya cavab olaraq deyib: “Yer qurdu boyda beyni olan hər kəs çox yaxşı bilir ki, Amerikanın göbəyinin ortasında oturub İrana işləmək insanın həyatı və azadlığına nə qədər təhlükə yarada bilər! »

Ə.Oroğlu Cahandar Bayoğlunun ona qarşı ittihamına cavab verməyi lüzumsuz hesab edərək qeyd edib: “Sabah bir axmaq gəlib desə ki, sən dəvəsən, mən sübut etməliyəm ki, dəvə deyiləm?! Gəlin ciddi insanlardan və ciddi şeylərdən danışaq!"