Apr 25, 2023 15:38 Asia/Baku
  • Əliyev sionist həmkarına məktub yazdı

İlham Əliyev İsraili qeyri-adi şəkildə tərifləyərək, bədnam rejimin başçısını Bakıya dəvət edib.

SəhərAzəri-nin məlumatına görə, Əliyev İshak Hersoqa bu rejimin Fələstin torpaqları hesabına guya özünə qondarma dövlət qurmasının 75-ci ildönümü münasibətilə yazdığı təbrik məktubunda bildirib ki, “ötən dövr ərzində İsrail bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş və dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer almışdır.”

Əliyev sonra sionistlərin müsəlman Azərbaycana xərçəngvari nüfuzlarının fəsadlarına toxunmadan qeyd edib ki, iki tərəf arasında iqtisadiyyat, energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi və yeni məzmunla zənginləşməsi üçün əlverişli şərait yaranıb.

Məktubun sonunda sionist rejim prezidenti Bakıya dəvət olunub.

Xatırladaq ki, İsrail rejiminin Bakıdakı keçmiş səfiri Artur Link bu günlərdə böyük bir sirrin üstünü açıb.

Sabiq diplomat deyib: “Bakı bizim üçün heç kimin edə bilməyəcəyi işlər görür. Onunla münasibətlərimiz gizli saxlanılırdı, biz bunu çoxdan bilirdik, amma indi artıq münasibətlərin keyfiyyəti hamıya məlum olur.

Sionist rejimin səfiri həmçinin Azərbaycan Respublikasında tədrislə məşğul olan bir çox müəllimin İsraildə təlim keçdiyini faş edib.

 

Teqlər