May 10, 2023 14:21 Asia/Baku
  • Əliyev hökumətinin analitiki Türkiyədə prezidentliyə namizədi qınadı

Kılıçdaroğlunun xəritəsi Bakıda qızğın təhlil olunur. Əliyev hökumətinin analitiki Türkiyədə prezidentliyə namizədi qınadı.

SəhərAzəri-nin məlumatına görə, Qabil Hüseynli Türkiyə Xalq Cümhuriyyət Partiyasının lideri Kamal Kılıçdaroğlunun İran üzərindən Çin-Türkiyə dəmir yolunun çəkilməsi planını Azərbaycan Respublikası üçün “Boraltan körpüsü” fəlakəti ilə bərabər hesab edib.

Qeyd edək ki, Sovet İttifaqı vaxtilə Orta Asiyada, eləcə də Azərbaycanda kommunist rejimi əleyhinə kiçik bir addıma da göz yummur və bunun qarşısını alırdı. 1944-cü ildə bu təzyiqlərdən qaçan 146 azərbaycanlı Türkiyəyə sığınmaq qərarı verir. Onlar bunun üçün Türkiyənin İğdır vilayətinin sərhəd qapısına yaxın olan Araz çayının üzərindəki Boraltan körpüsünü keçib və azadlığa qovuşmaq sevinci ilə oradakı hərbi hissəyə sığınırlar. Lakin Sovet hökuməti onların dərhal SSRİ-yə təhvil verilməsini tələb edir və Türkiyə hökumətinin bu tələbi yerinə yetirməsi 146 azərbaycanlının soyqırımına gətirib çıxarır və hamısı güllələnir.

Qabil Hüseynli deyib ki, Azərbaycan Respublikası Çinin Qərbə gedən dəmir yolunun Londona qədər uzanmalı olan əsas komponentlərdən biri olmalıdır!!

Yeri gəlmişkən bildirək ki, Bakıda bəzi ekspertlər özlərini Ərdoğanın seçki qərargahının kadrları kimi aparır, Atatürkün varisi olan Xalq Cümhuriyyət Partiyasının hakimiyyəti dövründə Türkiyənin Azərbaycan Respublikasına həmişə etdiyi xəyanətləri xatırladırlar! Onlar Kılıçdaroğlunun planını bu xəyanətlərin zirvəsi adlandırırlar!

Bununla əlaqədar hakim rejimə yaxın Report saytının məqaləsində bu cümlələr yer alıb: “CHP-nin Azərbaycana qarşı xoş olmayan münasibəti göz qabağındadır. CHP-nin qərəzli seçkiqabağı vədlərinə diqqətlə nəzər salsaq, görərik ki, bu, hər iki ölkə üçün heç də yaxşı gələcək vəd etmir. Ərdoğandan əvvəlki hökumətlərin dövründə mövcud olan soyuqluq qayıda, “bir millət - iki dövlət” strategiyasına xələl gətirilə bilər. Bununla yanaşı, çıxışları və bəyanatları ilə özünü şübhəli aparan Kamalın qalib gələcəyi təqdirdə o, Ermənistanla sərhədi qeyd-şərtsiz açacaq.”

Kılıçdaroğlunun hədəflədiyi “Yeni İpək Yolu” Azərbaycandan keçmir. 5,5 min km-lik quru yolu İranın Təbriz və Tehran şəhərlərini, Türkmənistan paytaxtı Aşqabadı, Özbəkistan paytaxtı Daşkəndi və Qazaxıstanda Almatını keçərək, Çinə birləşir.

 

Teqlər