Şarl Mişel Azərbaycan hakimiyyətinə separatçılarla dil tapmağı məsləhət gördü
Bakı ilə Qarabağ ermənilərinin dialoq qurması vacibdir
İyun 01, 2023 16:09 Asia/Baku
Şarl Mişel Azərbaycan hakimiyyətinə separatçılarla dil tapmağı məsləhət görüb.
SəhərAzəri-nin məlumatına əsasən, Avropa İttifaqı Şurasının rəhbəri bildirib ki, Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilər arasında onların hüquqları və təhlükəsizliyinə dair dialoq həlledici əhəmiyyətə malikdir.
Avropa İttifaqı Şurası rəhbərinin fikrincə “maksimalist mövqelərdən çəkinmək və dialoqa can atmaq” mühümdür:
“30 ildən çox davam etmiş münaqişədən sonra yaraların sağalmasına vaxt tələb olunur. Cəsarətli qərarlar zəruridir”, - deyə Şarl Mişel vurğulayıb.