ABŞ universiteti:
Azərbaycan içməli suyun keyfiyyətsizliyinə görə regionun lideridir
ABŞ-ın Yel Universiteti “Dünyanın Su Xəritəsi” adlı hesabat dərc edib. Bu hesabata görə Azərbaycan Respublikası içməli suyun keyfiyyəti baxımından cənubi qafqazın ən geridə qalan ölkəsi hesab olunur.
Martda yayımlanan hesabatda içməli suyun keyfiyyəti 100 ballıq şkala ilə ölçülüb və Azərbaycan suyun keyfiyyətinə görə 46,5 bal toplayıb. Ölkə bu balla region dövlətlərindən geridə qalıb.
Belə ki, şkalaya görə, suyun keyfiyyəti Gürcüstanda 52.3, Ermənistanda 61.7, bal dəyərində qiymətləndirilib. Beləliklə Azərbaycanda evdə krandan su içmək təhlükəli hesab edilib.
“Azərsu” ASC-nin texnoloji proseslərə nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi Cəmil Babayev Yel universitetin hesabatının rəsmi mənbə olmadığını deyib.
Yel Universiteti (Yale University) ABŞ-ın ən qədim özəl universitetlərindən biridir. Əsası 1701-ci ildə qoyulmuş ali məktəb Harvard və Prinston universitetləri ilə birlikdə ölkənin ən nüfuzlu ali məktəblərini birləşdirən “Böyük üçlük”-ə daxildir. Ali məktəbin çoxsaylı məşhur məzunları arasında 52 Nobel, 5 nəfər riyaziyyat üzrə Filds mükafatçıları var.