Cəzaçəkmə müəssisəsi düzgün məlumat vermir
https://azeri.sahartv.ir/news/azərbaycan-i400533-cəzaçəkmə_müəssisəsi_düzgün_məlumat_vermir
Müsəlman Birliyi Hərəkatının sədri ilahiyyatçı Hacı Tale Bağırzadənin "karsa" salınması bildirilir.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyun 05, 2023 10:28 Asia/Baku
  • Cəzaçəkmə müəssisəsi düzgün məlumat vermir

Müsəlman Birliyi Hərəkatının sədri ilahiyyatçı Hacı Tale Bağırzadənin "karsa" salınması bildirilir.

SəhərAzəri-nin məlumatına əsasən, "AzadBaki" informasiya agentliyi xəbər verir ki, bu barədə onun ailəsi bildirib.

Qeyd olunub ki, ilahiyyatçının zəng günü olmasına baxmayaraq, zəng vurmaması "kars"da olma ehtimalını yaradıb.

Siyasi məhbusun saxlandığı 12 saylı müəssisənin rəhbərliyi isə iddia edib ki, Tale Bağırzadənin heç bir problemi yoxdur və o, kars"da deyil.

Lakin axşama doğru həyat yoldaşının cəzaçəkmə müəssisəsi ilə növbəti zəngində məlum olub ki, müəsisə yalan məlumat verməklə Tale Bağırzadənin karserdə olma xəbərini qəsdən gizlədib. Ona bildirilib ki, Tale Bağırzadə karserdədir və zəng vura bilməməsi də bununla bağlıdır.