İyun 17, 2023 13:26 Asia/Baku
  • Fransa Laçın dəhlizinin açılmasına çağırdı

Son günlər Azərbaycan Respublikası ilə Ermənistan silahlı qüvvələri arasında intensiv xarakter alan atışmalarla əlaqədar Fransa XİN-i Azərbaycana qəzəblənib.

Fransa son 48 saat ərzində Ermənistan-Azərbaycan sərhədində bir neçə yerdə baş verən silahlı insidentlər, o cümlədən Ermənistan ərazisində Yerasx kəndində mülki əhaliyə atəş açılması ilə bağlı təəssüfünü bildirir. Bu barədə Fransa XİN-in 16 iyun tarixli şərhində bildirilir.

Paris təmkinli olmağa, gərginliyi aradan qaldırmağa və mülki əhalini qorumağa çağırır, həmçinin "Beynəlxalq Məhkəmənin 22 fevral 2023-cü il tarixli dəhlizdə hərəkətin bərpası haqqında hökmünün tam yerinə yetirilməsinə dəstəyini təsdiq edir".

Fransa bütün region əhalisinin rifahı üçün sülhün bərpa edilməsi məqsədilə tam səfərbər olub, deyə şərhdə bildirilir.

Teqlər