Azərbaycanda daha bir hərbçi özünü güllələləyib
https://azeri.sahartv.ir/news/azərbaycan-i400955-azərbaycanda_daha_bir_hərbçi_özünü_güllələləyib
Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş əsgər Fərid Əzizov intihar edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 20, 2023 11:30 Asia/Baku
  • Azərbaycanda daha bir hərbçi özünü güllələləyib

Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş əsgər Fərid Əzizov intihar edib.

Bu barədə Hərbi Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda 1996-cı il təvəllüdlü Fərid Əsgərovun Füzuli rayonunda odlu silahla özünü öldürdüyü qeyd olunub.

Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işinin açıldığı bildirilir.

Hərbi Prokurorluq əsgərin hansı rayondan olduğu barədə heç bir məlumat verməyib.

Bu, son günlər rəsmi açıqlanan ikinci əsgər ölümü hadisəsidir.

İyunun 17-də Dövlət Sərhəd Xidmətinin (DSX) baş çavuşu Pərviz Hacıyevin də intihar etməsi barədə məlumat yayılmışdı.

Hüquq müdafiəçilərinin dediyinə görə, intiharlar və nizamnamədənkənar ölümlər daha çox əsgərlərin təhqir olunması, işgəncə verilməsi səbəbindən baş verir. Lakin bu faktlar çox vaxt hərbi hissə komandirləri tərəfindən ört-basdır edilir.