DSX qulluqçuları niyə intihar edir
https://azeri.sahartv.ir/news/azərbaycan-i401612-dsx_qulluqçuları_niyə_intihar_edir
Azərbaycan Respublikasında son iki ay ərzində 3 hərbçi intihar edib. Hərbçilərin hər üçü Dövlət Sərxəd Xidmətinin qulluqçuları olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 11, 2023 17:07 Asia/Baku
  • DSX qulluqçuları niyə intihar edir

Azərbaycan Respublikasında son iki ay ərzində 3 hərbçi intihar edib. Hərbçilərin hər üçü Dövlət Sərxəd Xidmətinin qulluqçuları olub.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, kiçik gizir Rahil Əhmədov - 10 iyun tarixində odlu silahdan atəş açmaqla özünü öldürüb;

DSX-nin Qazax əlahiddə sərhəd diviziyasının hərbi qulluqçusu baş çavuş Pərviz Hacıyev - 17 iyun tarixində odlu silahdan atəş açaraq intihar edib;

DSX-nin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Kənan Seymur oğlu Bəkiyev - 10 iyul tarixində odlu silahdan atəş açaraq intihar edib.

Hərbi qulluqçuları intihara vadar edən amillərin nədən ibarət olduğu barədə məlumat yoxdur. Həmin hərbçilərin bəzilərinin ailələrinin bu iddia ilə razılaşmadıqları barədə məlumatlar yayılır. Hərbiyyədə baş verən bu kimi hadisələrlə bağlı cinayət işi açılsa da bir çox hallarda şübhələri tam aradan qaldıra bilmir.