Azərbaycan Ordusunun daha bir əsgəri özünü güllələyərək öldürüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i402081-azərbaycan_ordusunun_daha_bir_əsgəri_özünü_güllələyərək_öldürüb
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əyyubov Telman Məhəmməd oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğu məlumat yayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 27, 2023 04:01 Asia/Baku
  • Azərbaycan Ordusunun daha bir əsgəri özünü güllələyərək öldürüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əyyubov Telman Məhəmməd oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğu məlumat yayıb.

Respublika Hərbi Prokurorluğundan bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əyyubov Telman Məhəmməd oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları daxil olmuş məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirib, eləcə də digər hərəkətlər icra ediblər.

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib.

Xatırladaq ki, bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ələkbərov İlkin Elburus oğlunun da odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Respublika Hərbi Prokurorluğu məlumat yayıb.