Azərbaycan XİN Şiraz şəhərində törədilən terror aktını şiddətlə qınayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i402618-azərbaycan_xİn_Şiraz_şəhərində_törədilən_terror_aktını_şiddətlə_qınayıb
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi #Şirazda törədilən terror aktını qətiyyətlə pisləyib və İran hökumətinə və xalqına, bu terror aktı qurbanlarının ailələrinə başsağlığı verib.
(last modified 2024-06-25T08:12:33+00:00 )
Avq 14, 2023 11:28 Asia/Baku
  • Azərbaycan XİN Şiraz şəhərində törədilən terror aktını şiddətlə qınayıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi #Şirazda törədilən terror aktını qətiyyətlə pisləyib və İran hökumətinə və xalqına, bu terror aktı qurbanlarının ailələrinə başsağlığı verib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X"də paylaşım edib.

Paylaşımda deyilir: “Azərbaycan terrorizmdən əziyyət çəkir və onun bütün formalarını və təzahürlərini pisləyir. Bu hücumda həlak olanların ailələrinə, İran hökumətinə və xalqına başsağlığı veririk”.