Qalib Bayramov saxlanılan iqtisadçının şərləndiyini deyir
“Qubad İbadoğlunu FETÖ-ya bağlamaq üçün böhtanatma imkanlarını işə salıblar”
Həbsdə olan iqtisadçı alimin qardaşı bildirib ki, Qubad İbadoğlunu FETÖ-ya bağlamaq üçün böhtanatma imkanlarını işə salıblar.
Qalib Bayramov bu haqda deyib: “İstintaq hərəkətləri onu deməyə əsas verir ki, Qubad İbadoğlunu FETÖ-ya bağlamaq üçün bütün şər-şəbədə yaratma və böhtanatma imkanlarını işə salıblar”.
O əlavə edib ki, Qubad İbadoğlu hələ də yaxınlarıyla görüşə bilmir. Onun ailə üzvlərilə görüşmək hüququna istintaqın qoyduğu qadağa davam edir.
Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
ADR sədri daha dörd nəfərlə birlikdə ittiham olunur.