Azərbaycan Respublikasında
Növbəti 13 partiya ləğv edilib
Bu ilin avqustunda Azərbaycan Ədliyyə Nazirliyi 13 siyasi partiyanın ləğvi barədə qərar qəbul edib.
Azərbaycan müstəqillik əldə etdikdən (18 oktyavbr 1991-ci il) sonra 66 siyasi partiya qeydiyyata alınıb.
1993-cü ildə həmin partiyalardan ikisi məhkəmə qərarı ilə ləğv edilib və siyasi partiyaların sayı 64-ə enib. 2021-ci ilədək vəziyyət olduğu kimi davam etsə də həmin ildən bu günədək olan təxminən iki il ərzində onların sayı 14-ə çatıb.
2021-ci ildə 6 partiya hakim Yeni Azərbaycan Partiyasına qoşulduğunu bildirib və qeydiyyata alınmış partiyaların sayı 58 olub.
“Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra həmin 58 partiyalardan 31-i ləğv edilib.
Qalan 27 partiya yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət edib. Onlardan ancaq hakim Yeni Azərbaycan Partiyası dövlət qeydiyyatına alınıb. Növbəti 13 partiya ləğv edilib və qalan 14 partiyanın sənədləri qeyri-dəqiq olduqlarına görə geri qaytarılıb.