Sülhməramlıların komandanı Qarabağı tərk edib?
https://azeri.sahartv.ir/news/azərbaycan-i402997-sülhməramlıların_komandanı_qarabağı_tərk_edib
Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanı dəyişdirilə bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 28, 2023 08:01 Asia/Baku
  • Sülhməramlıların komandanı Qarabağı tərk edib?

Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanı dəyişdirilə bilər.

Bu barədə sosial şəbəkənin erməni seqmentində iddialar yayılıb.

Qeyd olunur ki, general-polkovnik Aleksandr Lentsov artıq Qarabağı tərk edib. Onun yerinə yaxın vaxtlarda yeni təyinat olacağı gözlənilir.

Bəzi məlumatlara əsasən rusiyalı general-mayor Kirill Denisoviç Kulakov bu vəzifəyə gətirilir.

Hələlik, təyinatla bağlı Rusiya MN-dən hər hansı açıqlama yoxdur.

Azərbaycanda ondan ehtiyatlanırlar ki, yeni komandan Laçın dəhlizini açmaq tapşırığı ilə bölgəyə göndərilə bilər.