İranlı diplomatın sionist rejim səfirini pat vəziyyətə salması Azərbaycan mediasında geniş rezonans doğurub
Musəvi: Hörümçək toru olduğunu bilməniz kifayətdir
İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin sionist rejim səfirini pat vəziyyətə salması yerli mediada geniş rezonans doğurub
Turan Xəbər Agentliyi yazır:
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İsrailin Bakıdakı səfiri Corc Dikin və ümumilikdə İsrailin ünvanına təhdidləri davam etdirmək qərarına gəlib.
Agentlik xatırladır ki, noyabrın 4-də İran səfiri HƏMAS-ın İsraili Aralıq dənizində boğacağı ilə hədələyib. Üstəlik, "bütün dünyanın nifrət etdiyi kimi, rasist İsrailə "cəsarətli Azərbaycan xalqı"nın da nifrət etdiyini bildirib.
Qeyd olunur ki, rəsmi Bakı səfirin dediklərini görməzdən gəlib. Sonra isə iranlı diplomat X platforması üzərindən israilli diplomatın fikirlərini yenə də cavabsız qoymayıb.
“Hey...! Hörümçək toru olduğunu bilməniz kifayətdir. Mənə maraqlıdır ki, görəsən, niyə sizin "polad hörümçək torunuz" HƏMAS-ın bir neçə cəngavərini məğlub edə bilmədi və bunun əvəzinə 10 000 dinc sakini öldürdü, onlardan 4 000-i uşaqdır! Bu hörümçək sizin ölümünüz üçün öz əllərinizlə kəndirə çevriləcək", - deyə Musəvi X hesabında yazıb.