“Bu addım Ermənistanın bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək”
https://azeri.sahartv.ir/news/azərbaycan-i405443-bu_addım_ermənistanın_bölgədə_destruktiv_fəaliyyətinə_xidmət_edəcək
Azərbaycan XİN Fransanın Ermənistana hərbi texnika göndərməsinə münasibət bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 13, 2023 15:41 Asia/Baku
  • “Bu addım Ermənistanın bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək”

Azərbaycan XİN Fransanın Ermənistana hərbi texnika göndərməsinə münasibət bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Ermənistana hərbi texnika göndərməsi ilə bağlı suala cavabında bildirib ki, özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Hökumət rəsmisi qeyd edib ki, Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalıdırlar.