Azərbaycanda narkotiklə şərlənən inanclıya hökm oxunub
Namet İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edildi
Noy 16, 2023 07:16 Asia/Baku
Azərbaycan Respublikasında narkotik ittihamı ilə şərlənib həbs edilən daha bir dindara hökm oxunub.
"Məlumat" İnformasiya Agentliyinin verdiyi xəbərə görə, dünən 15 noyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Namet İsrafilovun 3 il müddətinə azadlıqdan mərhum edilməsi barədə qərar verilib.
Qeyd edək, Namet İsrafilova Azərbaycan CM-nin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı və istehsalı) ilə cinayət işi açılıb. Lakin hakim bu ittihamın sübuta yetirilməsi üçün kifayət qədər dəlillərin olmadığını əsas gətirərək 234.1-1-ə tövsif edib.