ABŞ Azərbaycana qarşı hücumlarını artırır
Konqresdə Qarabağın gələcəyi mövzusunda keçirilən dindirmələrdə səsləndirilən fikirlər və Azərbaycana qarşı sərt mövqelər rəsmi Bakını Vaşinqton görüşündən vaz keçməyə vadar edib.
ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibi Ceyms O'Brayen bəyan edib ki, Vaşinqton Bakıya hərbi və digər yardımları dayandırıb, bir sıra yüksək səviyyəli səfərləri ləğv edib və İrəvanla danışıqlarda irəliləyiş əldə olunmayana qədər ikitərəfli münasibətlər normallaşmayacaq. Bunun ardınca isə ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S.3000 qanun layihəsini təsdiqləyib.
Azərbaycan XİN isə bəyan edib ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms O"Braynın noyabrın 15-də Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi birtərəfli və qərəzli fikirlər səmərəsiz, əsassız və qəbuledilməzdir.
Həmçinin Rəsmi Bakı 2023-cü il noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində baş tutmalı olan görüşdən ABŞ-ın qeyri-adekvat addımlarına görə imtina edib.
siyasi şərhçi İlyas Hüseynov Axar.az-a verdiyi müsahibədə belə açıqlamaların Bakı ilə münasibətlərə zərbə vurduğunu bildirib:
“Obrayenin çıxışı ikili standartların növbəti təzahürüdür. Çünki biz ABŞ-dan 30 illik işğal dövründə Ermənistana qarşı hansısa bir çağırış, sərt mövqe görmədik. Belə yanaşmalar ikitərəfli münasibətlərə zərbə vurur. 907-ci düzəlişlə bağlı mülahizələr, Azərbaycana hərbi yardımların dayandırılması ilə əlaqədar verilən siqnallar, Vaşinqton və İrəvan arasında müdafiə sahəsində kritik addımların koordinasiyası bölgədə sülhün bərqərar olması yerinə, daha ciddi təhdidlər yaradır və Ermənistanda revanşist qüvvələri yeni müharibəyə təhrik edir”, Ekspert deyib.
Erməni politoloq Suren Surenyants isə Azərbaycan tərəfinin Vaşinqton müzakirələrindən imtina etməsi ilə Ermənistan və Azərbaycan arasında danışıqların dalana dirəndiyini bildirir:
“Ermənistan hakimiyyəti ardıcıl olaraq regional və ya Moskva formatından yayınır, Azərbaycan hakimiyyəti isə Qranada və Brüssel sammitlərində iştirakdan imtina etdikdən sonra indi də Vaşinqtona getməyəcəyini bəyan edib və beləliklə də Ermənistan və Azərbaycan arasında danışıqlar dalana dirənib.” Surenyants deyib.
Qeyd edək ki, Azərbaycan Respublikaıs öz ərazilərini işğaldan azad etməyə təşəbbüs göstərdikdə qərb dövlətləri o sıradan ABŞ və Fransa son dərəcə qəzəbləndilər. Azərbaycanın Xankəndindəki separatçılara qarşı əməliyyatı Qərbin qəzəbini daha da artırıb və artıq onlar üzlərindəki maskanı kənara vurmalı olublar. Azərbaycan Respublikasının suverinliyi və ərazi bütövlüyünün təmin olması ilə heç cür barışmaq istəməyən qərb dövlətləri və Avropa qurumları rəsmi Bakıya qarşı təzyiqlərini, Ermənistana isə dəstəklərini artırmaqdadırlar.