Azərbaycanda boşanmaların sayında artım var
Ədliyyə Nazirliyi səbəbləri açıqladı
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ölkədə boşanma hallarının artığını təsdiqləyib.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində 39134 nikah və 16226 boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,0-dan 5,1-ə düşmüş, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.
Qeyd edək ki, Azərbaycanda son aylarda nikahların saynın azalması, boşananların sayının artması müşahidə edilir.
Ədliyyə Nazirliyinin məlumatına görə, boşanmaların səbəbləri xasiyyətlərin tutmaması, uşaqlarının olmaması, ailədaxili zorakılıq, xəyanət, qısqanclıq, xəstəlik, milli zəmin, sərxoşluq, narkomaniya, maddi durum, mənzilin olmaması, ərin (arvadın) əlilliyi, uzun müddət ayrı yaşamaq, oğurluq və kənar müdaxilələrdir.